Nikol Paşinyan bəyan edib ki, Ermənistan heç vaxt Rusiyaya qarşı yönəlmiş addımlara qoşulmayıb və bundan sonra da iştirak etməyəcək.
KONKRET.az xəbər verir ki Paşinyan əlavə edib:
“Ermənistan heç vaxt anti-Rusiya fəaliyyətlərinə qoşulmayacaq. Biz Rusiya ilə nə mübahisə etmək, nə də düşmənçilik aparmaq niyyətindəyik. Çünki bu, ciddi yanaşma olmazdı. Rusiya hörmətlə yanaşılmalı olan böyük dövlətdir və onun maraqlarına da sayğı göstərilməlidir”, — deyə Paşinyan jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Baş nazir əlavə edib ki, həm Rusiyada, həm də Ermənistanda iki ölkə arasındakı münasibətlərin böhran yaşamasını istəyən qüvvələr var.
Bununla yanaşı, Paşinyan xatırladıb ki, o, hələ 2022-ci ildə Ukrayna məsələsində Ermənistanın Rusiyanın müttəfiqi olmadığını demişdi.
Müşviq Tofiqoğlu
KONKRET.az
