Ankarada Türk dünyasının inteqrasiyasında medianın rolu müzakirə edilibbackend

Ankarada Türk dünyasının inteqrasiyasında medianın rolu müzakirə edilib

Mayın 22-də Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) binasında “Qlobal məkanda türk birliyinin rolu: Azərbaycan-Türkiyə-Özbəkistan media əməkdaşlığı” mövzusunda müzakirə keçirilib.

KONKRET.az AZƏRTAC-a istinadən xəbər verir ki, TADIV və Media Araşdırmaları və Monitorinq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirə Azərbaycandakı QHT-lərə Dövlət Dəstəyi Agentliyi dəstək verib.

Müzakirədə diplomatlar, universitet professorları, beyin mərkəzlərinin əməkdaşları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və media mütəxəssisləri iştirak ediblər.

Tədbiri açan TADİV-in sədri professor Aygün Attar Türk dünyası daxilində birlik və konsolidasiyanın vacibliyini vurğulayıb, qardaş xalqlar arasında körpülərin qurulmasında və türk dövlətlərinin reallıqlarının işıqlandırılmasında media təşkilatlarının xüsusi rolundan danışıb.

O qeyd edib: “Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, “Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur”. Bu, Bakının xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Sevindirici haldır ki, bu vizyon artıq bütün Türk dünyası üçün əsas vektordur”.

Professor yalan narrativlərə və dezinformasiyaya qarşı mübarizənin vacibliyini də qeyd edib.

Sonra çıxış edənlər – Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, Media Araşdırmaları və Monitorinq Mərkəzinin sədri Zaur Qəriboğlu və digərləri medianın Türk dünyasının inteqrasiyasında, ortaq informasiya məkanının yaradılmasında və dezinformasiya axınının qarşısının alınmasında əsas rol oynadığı barədə ortaq fikir ifadə ediblər.

Natiqlər medianı türkdilli ölkələr arasında mədəni yaxınlaşma və iqtisadi əlaqələrin gücləndirilməsi vasitəsi adlandırıb və qeyd ediblər ki, həmrəylik və birlik Türk Dövlətləri Təşkilatının gələcək nailiyyətlərinin rəhnidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*