Rusiya Ermənistanın Avropa Birliyinə (AB) qoşulmaq istəyini görməzdən gələ bilməz.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə deyib.
“Əlbəttə ki, biz bunu görməzdən gələ bilmərik. Xüsusilə hazırkı vəziyyətdə, AB-nin iqtisadi inteqrasiya birliyindən ölkəmizə qarşı düşmənçiliyini gizlətməyən hərbi-siyasi birliyə çevrildiyi bir vaxtda. Yenə deyirəm, biz bunu görməzdən gələ bilmərik”, – Overçuk vurğulayıb.\\bakupost.az
