TƏCİLİ: Bu şəxslər kommunal xidmət ödənişindən azad oluna bilərbackend

TƏCİLİ: Bu şəxslər kommunal xidmət ödənişindən azad oluna bilər

Azərbaycanda pensiya yaşına çatmış, xüsusilə də maddi vəziyyəti ağır olan şəxslər üçün kommunal ödənişlərdə güzəştlərin tətbiqi məsələsi yenidən gündəmə gəlib. Ekspertlər hesab edir ki, yaşlı insanların sosial rifahının yaxşılaşdırılması üçün işıq, qaz, su və digər kommunal xidmətlərlə bağlı müəyyən imtiyazların verilməsi vacib addımlardan biri ola bilər.

Bəs belə bir qərarın qəbul olunması nə dərəcədə real görünür?

Mövzu ilə bağlı Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı KONKRET.az-a açıqlamasında bildirib ki, pensiya yaşına çatmış şəxslər üçün kommunal xidmətlərdə güzəştlərin tətbiqi sosial baxımdan mühüm qərar ola bilər:

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Bu ölkələrə gedə biləcəyik… |  KONKRET

“Düşünürəm ki, ümumiyyətlə 65 yaşına çatmış şəxslərin kommunal xidmətlərdən pulsuz istifadəsi daha məqsədəuyğun olardı. Azərbaycanda artıq orta ömür uzunluğu nəzərə alınanda, 65 yaşdan sonra yaşayan insanların faiz nisbətinin ildən-ilə azaldığını görürük. Bu baxımdan onların kommunal xidmətlərdən azad edilməsi həm müsbət addım olar, həm də dövlət büdcəsinə ciddi təsir göstərməz”.

Siyasi şərhçi qeyd edib ki, hazırkı mərhələdə belə bir qərarın tam şəkildə həyata keçirilməsi real görünməsə də, müəyyən güzəştlərin tətbiqi mümkündür:

“Hazırda bunun reallaşma ehtimalı çox yüksək görünmür. Amma tam azadolma həyata keçirilməsə belə, müəyyən güzəştlərin tətbiqi çox vacibdir. Yaşlı insanlar həyatlarının son dövrlərini daha qayğısız keçirməlidirlər. Bu, onlar üçün həm sosial dəstək, həm də mənəvi stimul olar”.

Cavanşir Abbaslı vurğulayıb ki, kommunal xərclər xüsusilə aşağı gəlirli ailələr və pensiyaçılar üçün ciddi problemə çevrilib:

“Bu gün orta hesabla kommunal xidmətlərə minimum 100 manat civarında vəsait xərclənir. Bu isə pensiya ilə dolanan insanlar üçün kifayət qədər ağır yükdür. Ona görə də yaşlı şəxslərə bu istiqamətdə güzəştlərin edilməsi cəmiyyət tərəfindən də müsbət qarşılanar”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*