Bu gün Rusiyanın hökumət təyyarəsi Ermənistana uçuş edib.
KONKRET.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan bildirib ki, təyyarə ilə gələn Rusiya hökumət nümayəndələrinin səfərinin məqsədi Avrasiya İqtisadi İttifaqının (Aİİ) oktyabrın 9-da Ermənistanda keçiriləcək iclasına hazırlıqdır.
Lakin diplomatik mənbələrdən məlum olub ki, Ermənistana səfər edənlər arasında Rusiyanın Baş naziri Mixail Mişustin də var. axar.az