DİQQƏT: Bu əşyaları başqalarına verməyin!backend

DİQQƏT: Bu əşyaları başqalarına verməyin!

KONKRET.AZ bioenergetiklərin maraqlı araşdırmasını oxucularına təqdim edir. Belə ki, mütəxəssislərin sözlərinə görə, bəzi əşyalar enerjini toplayıb-ötürmək qabiliyyətinə malikdir. Məhz buna görə də bəzi əşyaları başqalarına qətiyyən vermək olmaz. Əks halda, evinizdə rahatlığı və rifahı təmin edən müsbət enerjinin bir hissəsini itirmiş olarsınız.

Çörək

Heç bir halda evdən axırıncı çörəyi kiməsə verməyin. Bütöv bir çörəyiniz varsa, bir neçə dilimi qonşunuza və ya dostunuza verməklə kifayətlənin. Bütov çörək evinizin ruzisini apara bilər.

Duz

Duz ev sakinlərinin enerjisini toplamağa qadirdir. Onu nəinki borc vermək, hətta almaq da olmaz, çünki bu şəkildə həyat gücünüzü verə və ya başqasının mənfi enerjisini ala bilərsiniz.

Mətbəx əşyaları

Mətbəx əşyaları da özündə evin enerjisini toplayır. Evə mübahisələr və itkilər cəlb etməmək üçün qonşulara tava, qazan və sair əşyalarınızı borc verməyin.

Geyim və ayaqqabı

Geyim insandan enerji alır. Onları yaxın insanlara belə geyinmək üçün vermək olmaz. Əks halda həyat gücünüzün bir hissəsini və şansınızı başqasına ötürəcəksiniz.

Bəzək əşyaları

Onları da nə rəfiqələrinizə, nədə ki yaxın insanlara verməyin. Əgər öz zinət əşyalarınızı bağışlamaq istəyirsinizsə, bunu ürəkdən etmək vacibdir. Eyni zamanda, bu bəzək aksessuarları yalnız müsbət emosiyalarla bağlı olmalıdır.

Hazırladı: ELMAN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*