Dneprə hücum nəticəsində ölənlərin sayı artdı – YENİLƏNİBbackend

Dneprə hücum nəticəsində ölənlərin sayı artdı - YENİLƏNİB

Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinin rayonlarından birində hündürmərtəbəli binaya raket hücumu nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə Dnepr Şəhər Şurası məlumat yayıb.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, biri uşaq olmaqla 23 nəfər ölüb, 13-ü uşaq olmaqla isə 72 nəfər xəsarət alıb.

Eyni zamanda 6-sı uşaq olmaqla 39 nəfər xilas edilib. İtkin düşmüş 43 şəxslə bağlı məlumat daxil olub.

17:29

Dünən axşam saatlarında Rusiya ordusu Ukraynanın Dnepr bölgəsinə raket hücumu həyata keçirib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ukrayna Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb.

Açıqlamada hücumda 9 mərtəbəli bir mənzildə ağır dağıntıların olduğu, biri uşaq olmaqla 20 nəfərin öldüyü bildirilib.

Raket hücumu nəticəsində 73 nəfərin yaralandığı, dağıntılar altındakı ərazidə axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilib. Yaralanan mülki vətəndaşlardan 14-nün uşaq olduğu paylaşılıb.

Ukrayna Prezidenti Volodimir Zelenski hücumu terror kimi qiymətləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*