Dollar “kiçilib”, rubl isə möhkəmlənib – Putinbackend

Dollar “kiçilib”, rubl isə möhkəmlənib - Putin

Rusiya Prezidenti Vladimir Putin rublun möhkəmləndiyini, dolların “kiçildiyini” bildirib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Putin bu haqda Dövlət Şurasının iclasında danışıb:

“Hər şey məzənnəyə, dollara bərabər tutulur. Dollar, bildiyiniz kimi, kiçilir, rubl möhkəmlənir”.

Putin həmçinin əlavə edib ki, Ukraynadakı əməliyyat iştirakçılarına ödənişlər xaricdəki şəxslər üçün olduğu kimi yenidən hesablanacaq.

Qeyd edək ki, daha əvvəl Putinin Zaporojye və Xerson vilayətlərinin sakinlərinin Rusiya vətəndaşlığını almasını asanlaşdırdığı bildirilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*