“Dollar və avro almayın, rubl alın”. Jirinovski dollar və avronun çökəcəyini proqnozlaşdırıb.
KONKRET.az Rusiya mediasına istinadla xəbər verir ki, LDPR lideri Vladimir Jirinovski rusları rubl almağa çağırıb, onun sözlərinə görə, guya Amerika tezliklə yaşıl valyutadan imtina edəcək və Avropa İttifaqı dağılacaq.
“Adamlar indi dollar və avro almamalıdır, sonra sizdən o pulları heç kim qəbul etməyəcək, rubl alın”, – deyə ruslara çağırış edib.
O, həmçinin deyib ki, Avropa qitəsində (Rusiyadan başqa) hamı nüvə silahını məhv etməlidir.
Nazarbayev haqqında verdiyi “proqnoz”dan sonra Jirinovskiyə çətin inanan tapılar.
Xuraman Etibarlı,
KONKRET.az
