Donbassda Rusiyanın “təcavüzündən” qorunmaq üçün daha bir üsul tapıldıbackend

Donbassda Rusiyanın "təcavüzündən" qorunmaq üçün daha bir üsul tapıldı

Kiyev iqtisadçısı, Ukrayna kooperativ alyansının prezidenti Zinoviy ​​Svereda ABŞ şirkətlərinə Rusiyanın “təcavüzündən” qorunmaq üçün ölkənin şərq sərhəddində torpaq satmağı təklif edib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə “Obozrevatel” portalı məlumat yayıb.

Sveredaın fikrincə, Amerika firmaları ən çox Sumı və Xarkov vilayətlərindən torpaq almalıdırlar.

“Çünki Amerika qoşunları Amerikanın şəxsi mülklərinin olduğu yerə gəlir, maraqları var”.  Svereda belə deyib.

O qeyd edib ki, Ukraynanın qorunması üçün tərəfdaşlar tapmaq lazımdır:

“Kazaklar həmişə türkləri, tatarları və ya başqalarını axtarırdılar. Qələbə çalmaq  üçün tərəfdaşlarınız olmalıdır”.

Ekspert, həmçinin ABŞ şirkətlərinə torpaq satışının Ukraynanın şərqində şist qazı istehsalı məsələsinin həllinə kömək edəcəyini vurğulayıb.

Babək Göyüş

KONKRET.az

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*