Donuzun çəkdiyi rəsmlər bir milyon dollara satıldı – VİDEObackend

Donuzun çəkdiyi rəsmlər bir milyon dollara satıldı - VİDEO

Cənubi Afrikada fermalardan biri “istedadlı” ev heyvanının hesabına 1 milyon dollar qazanıb.

KONKRET.az xəbər verir ki, Svinkasso adlı donuzlardan biri uzun müddətdir bahalı rəsmlər çəkib. Donuz ağzı ilə fırçanı fırlatmaqla abstraksionizm üslubunda şəkillər çəkir.

Qeyd edək ki, müasir incəsənətin heyvandarlıq məhsulunu ilk olaraq aktyor Corc Kluni və Rafael Nadal əldə edib. Svinkasso tərəfindən çəkilmiş ən bahalı rəsm əsərinin qiyməti təxminən 25 min dollardır. Təsərrüfat sahibləri yaradıcı donuzun gəlirini yem alınmasına, işçilərin maaşına və baytarlara xərcləyirlər.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*