Dövlət Duması yeni antirusiya sanksiyalarını faydasız adlandırdıbackend

Dövlət Duması yeni antirusiya sanksiyalarını faydasız adlandırdı

Amerika tərəfinin ruslara və Krıma gəmir yolu daşımaları ilə məşğul olan şirkətə qarşı tətbiq etdiyi sanksiya faydasız bir işdir.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu fikirlə Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin üzvü Anton Morozov çıxış edib.

Morozovun sözlərinə görə, ABŞ perspektivsiz sanksiya tətbiq edib və bu, nə insanlara, nə də daşıma ilə məşğul olan Rusiya şirkətinin işinə heç bir təsir göstərməyəcək.

“Daşıma əməliyyatları ölkəmizin ərazisində həyata keçirilir və amerikalılar buna heç bir təsir göstərə bilməzlər”, — deyə Morozov qeyd edib.

O qeyd edib ki, Rusiya ABŞ-la münasibətləri möhkəmləndirmək istəyir, lakin Ağ Ev hər hansı təxribatlardan imtina etməlidir.

Deputat ümidvar olduğunu bildirib ki, ölkələr ikitərəfli münasibətlərin maraqları naminə işləyə biləcəklər.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*