Dövlət qurumlarında 869 milyon manat vəsaitin silinə biləcəyi aşkarlandıbackend

Dövlət qurumlarında 869 milyon manat vəsaitin silinə biləcəyi aşkarlandı

“Hesablama Palatasının maliyyə hesabatlarında aşkarladığı pozuntuları iki yerə bölmək olar. Bura əhəmiyyətli və mühasibat prinsiplərinə əməl olunmaması ilə bağlı pozuntular daxildir”.

KONKRET.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib

Vüqar Gülməmmədov qeyd edib ki, əhəmiyyətli pozuntulara xərc edilmiş vəsaitlərin müqabilində əldə olunmuş aktivlərin maliyyə hesabatlarında tanınmamasını aid edirlər: “Bunun əsas vəsait, aktiv kimi tanınmaması gələcəkdə onun çox rahat surətdə cari xərclərə silinməsinə səbəb ola bilər. Bu barədə bizim Hesablama Palatasının Kollegiya qərarı var. Bu hallara ayrı-ayrı təşkilatlarda yol verilib. Söhbət 869 milyon manatlıq aktivdən gedir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*