DTX Silahlı Qüvvələrinə Yardım Fonduna ianə etdibackend

DTX Silahlı Qüvvələrinə Yardım Fonduna ianə etdi

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrinə Yardım Fonduna könüllü olaraq 500 min manat məbləğində pul vəsaiti ianə ediblər.

DTX-dən KONKRET.az-a bildirilib ki, hazırda pul vəsaitlərinin köçürülməsi davam edir.

Qeyd olunub ki, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti şanlı Azərbaycan Ordusunun Qarabağ Vətən müharibəsində qələbəsinə əmindir, Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*