Dünən Azərbaycanla sərhədə gələn erməni nazir durbinlə mövqelərimizə baxdı – FOTObackend

Dünən Azərbaycanla sərhədə gələn erməni nazir durbinlə mövqelərimizə baxdı – FOTO

Xəbər verdiyimiz kimi, dünən Ermənistan müdafiə naziri Suren Papikyan Ermənistan Silahlı Qüvvələrinin ikinci ordu hissəsinə, Azərbaycanla sərhədə gəlib.

KONKRET.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Papikyan poliqonda olub, burada müasir texniki vasitələrlə, yerli istehsal olan cihazlarla tanış olub.

Nazir əks-hücum əməliyyatlarının həyata keçirildiyi hərbi təlimlərə baxıb. Təlimlərin sonunda nazir bir qrup hərbçiyə mükafatlar təqdim edib.

Müdafiə İdarəsinin rəisi, həmçinin sərhədin şimal-şərq hissəsindəki döyüş postlarına baş çəkib, aparılan mühəndis-texniki işlərin gedişi, o cümlədən hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub, durbinlə Azərbaycan mövqelərinə baxıb”, – məlumatda deyilir.

Xatırladaq ki, Ermənistan müdafiə idarəsinin rəisi Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan sektorunda olub.

Roman Göytürk,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*