“Dünən Qafan aeroportunda ilk uçuş həyata keçirilib və uğursuz alınıb” – Paşinyanbackend

"Dünən Qafan aeroportunda ilk uçuş həyata keçirilib və uğursuz alınıb" - Paşinyan

Dünən Qafan aeroprtunda ilk uçuş həyata keçirilib və uğursuz alınıb.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 27-də hökumətin iclasında bir gün əvvəl İrəvan-Qafan-İrəvan marşrutu üzrə sınaq uçuşu barədə danışarkən deyib.

O bildirib ki, Qafanda sınaq uçuşu zamanı bəzi texniki nasazlıqlar qeydə alınıb ki, bunu da uğurlu hesab etmək olmaz.

“Ermənistan hökuməti İrəvandan Qafana müntəzəm uçuşlar təmin etməyi qarşısına vəzifə qoyub. Lakin hələ problemlər üzə çıxıb”, – deyə Paşinyan bildirib.

Müntəzəm uçuşların başlanması üçün son tarix də açıqlanmayıb. Çünki Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan sınaq uçuşu zamanı hələ də həllini tapmayan bəzi texniki nasazlıqların qeydə alındığını bildirib.

Sanosyan deyib ki, hökumət uçuşların təşkili ilə bağlı bəzi texniki məsələləri də həll etməlidir.

Qeyd edək ki, İrəvandan Qafana sınaq uçuşu 46 dəqiqə davam edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*