Dünya Azərbaycanlıları Konqresi: “İran Azərbaycanın sülhməramlı siyasətinə zidd siyasət yürütməməlidir”backend

Dünya Azərbaycanlıları Konqresi: "İran Azərbaycanın sülhməramlı siyasətinə zidd siyasət yürütməməlidir"

Dünya Azərbaycanlıları Konqresinin prezidenti Qarabağın işğaldan azad edilməsindən sonra İranın yürütdüyü siyasətə reaksiya və təpki verərək deyib ki, Tehranın Azərbaycanla sınırda son manovru keçirməsi Bakı ilə yanaşı, bütün dünyada yaşayan 50 milyondan çox Azərbaycan türkü üçün də sual doğurur.

KONKRET.az xəbər verir ki, Dünya Azərbaycanlıları Konqresi başqanı professor Asif Qurban bəyanat yayıb: Ermənistan-Azərbaycan savaşından sonrakı dönəm üçün ən böyük arzumuz bölgə ölkələrinin inkişafı üçün əməkdaşlıq etmək idi, ancaq təəssüf ki, İranın qonşu və müsəlman ölkəsi kimi siyasətinin bu arzuya çatmağa kömək etmədiyini görürük.

O qeyd edib: “Tehranın Azərbaycanla sərhəddə son hərbi təlim və manevr keçirməsi Bakı ilə yanaşı, bütün dünyada yaşayan 50 milyondan çox Azərbaycan türkü üçün də sual doğurur. İran bu bölgədə indiyə qədər heç bir hərbi təlim keçirməmişdi. Niyə Qarabağın 30 illik işğalı zamanı etmədiyini indi edir? Niyə bu manevr Qarabağın işğaldan azad edilməsindən sonra keçirildi?”

“Bizim İran hökumətindən gözləntimiz budur ki, beynəlxalq hüquq baxımından haqlı olduğu sübut edilmiş Azərbaycanın yanında yer alsın və Azərbaycanın sülhməramlı siyasətinə zidd siyasət yürütməsin”, – deyə Asif Qurban vurğulayıb.

“Azad İran”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*