Dünya Ermənistan və Türkiyə arasındakı dialoqa necə reaksiya verdi? – ƏTRAFLIbackend

Dünya Ermənistan və Türkiyə arasındakı dialoqa necə reaksiya verdi? - ƏTRAFLI

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Moskvada Ankara-İrəvan münasibətlərinin gələcəyini müzakirə etmək üçün bir araya gəldilər.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu görüşlə bağlı ABŞ və beynəlxalq ictimaiyyət tərəfindən müxtəlif reaksiya sərgilənib:

“Biz Ermənistan-Türkiyə dialoqunu və iki ölkənin fikir ayrılıqlarını həll etməyə imkan verəcək diplomatik addımları alqışlayırıq”  – ABŞ Dövlət Departamentindən bildirilib.

Yanvarın 14-də Ermənistan və Türkiyə arasında keçirilən görüş  Avropa İttifaqı (Aİ) tərəfindən də müsbət qarşılanıb. Aİ-nin Xarici Əlaqələr üzrə sözçüsü Peter Stano Tvitter hesabında yazıb ki, təşkilat Ermənistan və Türkiyənin münasibətləri normallaşdırmağa hazır olmasını alqışlayır: “Xüsusi nümayəndələrin bugünkü görüşü mühüm irəliləyişdir və biz İrəvan və Ankaranı bu istiqamətdə səylərini davam etdirməyə çağırırıq” – o deyib.

Ermənistan-Türkiyə arasındakı dialoq  Moskvada da müsbət qarşılanıb. Xüsusilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması istiqamətindəki səyləri müsbət qiymətləndirib. O bildirib ki, görüşlər həll olunmamış siyasi məsələlərin daha fəal və effektiv həllinə şərait yaradacaq.

Xatırladaq ki, yanvarın 14-də Moskvada Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Sərdar Kılıç arasında münasibətlərin normallaşdırılması məqsədilə görüş keçirilib. Görüşdən sonra tərəflər ayrı-ayrılıqda bəyanat verərək danışıqların müsbət və konstruktiv atmosferdə keçdiyini bildiriblər.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*