Dünya supergücünün görünməyən tərəfi: ABŞ-da prezidenti “Dərin Dövlət” seçir, yoxsa demokratiya?backend

Dünya supergücünün görünməyən tərəfi: ABŞ-da prezidenti "Dərin Dövlət" seçir, yoxsa demokratiya?

ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca kimin qalib olacağı ilə bağlı müzakirələr getdikcə çoxalır. Bu mənada fərqli fikirlərin səsləndirildiyinin şahidi oluruq. Bəs görəsən, ABŞ-da kimin daha çox seçilmək şansı var? Ümumiyyətlə, ABŞ-da prezidenti “Dərin Dövlət”, yaxud gizli qüvvələr seçir, yoxsa bu proses həqiqətən də demokratik yolla baş verir?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, ABŞ-da keçiriləcək prezident seçkilərində demokratiya məsələsini bir kənara qoymaq lazımdır:

“Çünki orada seçkilər bir neçə üsulla keçirilir. Həm elektron qaydada, həmdə kağız formatında seçkilər keçirildiyi üçün, demokratiya məsələsi arxa planda qala bilər. Üstəlik, “Dərin Dövlət”in, böyük güclərin, maraq qruplarının bu seçkiyə təsirləri çox böyükdür. Hesab edirəm ki, ABŞ-dakı seçkilərdə son günə qədər kimin prezident seçiləcəyi qapalı olaraq qalır. Çünki “Dərin Dövlət”in maraqlarına xidmət edəcək şəxs kimdirsə, onun seçkidə qalib gəlmək şansı daha genişdir. Amerikalılar özləri də söyləyirlər ki, onlar seçkini özlərinə yox, dünya üçün keçirirlər. Bu baxımdan ABŞ-dakı seçkilərdə Tramp və ya Harrisin qalib gələcəyini demək çətindir. Eyni zamanda dünyada baş verən proseslərin ABŞ seçkilərinə böyük təsiri var. Əgər beynəlxalq siyasətdə stabillik olacaqsa, o zaman demokratların qalib gəlmək şansı daha çoxalacaq. Çünki onlar vəziyyəti stabilləşdirməyə çalışan tərəfdirlər. Əksin, dünyada hansısa proseslər yaşanacaqsa, o zaman Trampın qalib gəlmək şansı çoxala bilər. Ona görə də, prosesi son saata qədər gözləməkdən başqa yolumuz yoxdur”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*