Dünyada 120 milyon insan məcburi köçkün vəziyyətinə düşübbackend

Dünyada 120 milyon insan məcburi köçkün vəziyyətinə düşüb

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) dünyada məcburi köçkünlərin sayının 120 milyona çatdığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, BMT QAK “Məcburi Köçkünlükdə Qlobal Trend 2024” adlı hesabatını dərc edib.

Hesabatda məcburi köçkünlükdə 12 il ardıcıl artım olduğu bildirilsə də, ötən ilki rəqəmlər dünya miqyasında ən yüksək həddinə çatıb. Hesabatda Sudan, Qəzza və Myanmada davam edən qarşıdurmalarda köçkünlərin sayı daha da artıb.

İllərdir davam edən böhranlar bu problemi fəlakət həddinə çatdırıb.

Hesabatda qeyd edilib ki, məcburi köçkünlərin sayı Yaponiya əhalisinin sayına bərabər olub.

Sudanda davam edən dağıdıcı qarşıdurma nəticəsində 2023-cü ilin aprelindən bu yana 7,1 milyondan çox insan ölkə daxilində didərgin düşüb, 1,9 milyon sudanlı isə qonşu ölkələrə köçüb.

Qəzza zolağında isə 1,7 milyon insan elindən-obasından ayrı qalıb.

Suriyada isə 13,8 milyon insan evsiz-eşiksiz qalıb.

Hesabatda qeyd olunub ki, 5 milyondan çox məcburi köçkün öz doğma ölkələrinə qayıdıb.

Digər tərəfdən, iqlim böhranı və bunun məcburi köçkünlərə getdikcə və qeyri-mütənasib şəkildə necə təsir etdiyinə dair yeni təhlillər də hesabata daxil edilib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*