Dünyada koronavirusa yoluxanların sayında növbəti rekordbackend

Dünyada koronavirusa yoluxanların sayında növbəti rekord

Dünyada yeni növ koronavirusa yoluxanların sayında artıq üç gündür rekord göstərici qeydə alınır.

KONKRET.az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında deyilir.

Son sutka ərzində dünya üzrə 383 359 nəfər koronavirusa yoluxub. Daha əvvəlki rekord göstəricilər 350 766 və 338 779 idi.

Daha çox yoluxma halı Hindistan (73 272) və ABŞ-da (54 232) qeydə alınıb. İndiyədək dünyada 36,7 milyondan çox insan koronavirusa yoluxub, 1 milyondan çox insan bu virusun qurbanı olub.

Qeyd edək ki, ÜST martın 11-də koronavirus infeksiyasını pandemiya elan edib.qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*