Dünyanın ən böyük yaqutu 35 milyon dollara satıldıbackend

Dünyanın ən böyük yaqutu 35 milyon dollara satıldı

Nyu-Yorkda “Sotheby’s” hərracına çıxarılan dünyanın ən böyük yaqutu 34,8 milyon dollara satılıb.

KONKRET.az xəbər verir ki, portuqal dilində mənası “Fura Ulduzu” olan “Estrela De Fura” daşı 2022-ci ilin iyulunda Mozambikin şimalındakı Fura yaqut mədənində tapılıb.

Yaqut üçün dünya rekordu bundan əvvəl 2015-ci ildə qeydə alınıb. O, Cenevrədəki “Sotheby’s” hərracında 30,3 milyon dollara satılmış 25,59 karat ağırlığında “Sunrise Ruby” daşı olub.

“Estrela de Fura”daşı cilalanmamış formada 101 karatdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*