Dünyanın ən gözəl şəlaləsi hansıdır? – FOTObackend

Dünyanın ən gözəl şəlaləsi hansıdır? - FOTO

İspaniyanın Uesk əyalətində yerləşən Kola-de-Kaballo (“At quyruğu”) dünyanın ən gözəl şəlaləsi adlandırılıb.

Konkret.az AZƏRTAC-a istinadla xəbər verir ki, şəlalələrin reytinqini tərtib etmək məqsədilə Britaniyanın “The Guardian” nəşri öz oxucuları arasında sorğu keçirib. Nəticədə, İspaniya şəlaləsinin başçılıq etdiyi 20 ən yaxşı şəlalədən ibarət siyahı alınıb.

Şəlalə Ordesa-i-Monte-Perdido Milli Parkının ərazisində yerləşir. Bura populyar turizm marşrutudur. Yaxınlıqda monastır, mənzərəli çay, mağara və müşahidə meydançası yerləşir. Burada təkcə bir deyil, bütöv şəlalələr sistemi mövcuddur. “At quyruğu” isə onlardan ən hündürüdür.

İkinci yeri İtaliyadakı Akvafraca şəlaləsi, üçüncü yeri isə Avstriyadakı Qrava şəlaləsi tutublar.

Nigar Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*