Dünyanın ən nadir çəhrayı almazı rekord qiymətə SATILDIbackend

Dünyanın ən nadir çəhrayı almazı rekord qiymətə SATILDI

Dünyanın ən nadir çəhrayı almazlarından biri “Williamson Pink Star” hərracda rekord qiymətə satılıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, qiymətli daş Kraliça II Elizabetə toy hədiyyəsi olaraq verilən başqa bir almazın şərəfinə belə adlandırılıb.

Bildirilib ki, 15 karatlıq çəhrayı almaz Honkonqdakı “Sotheby’s” hərracında rekord qiymətə satılıb. 22 milyon dollara satılacağı təxmin edilən almaz 58 milyon dollara alıcı tapıb.

Qeyd edək ki, brilyantlarla əhatə olunmuş almaz hərracda ən yüksək qiymətə satılan ikinci ən bahalı qiymətli daş olub.

20 dəqiqə davam edən hərracda satılan almazın alıcısı açıqlanmayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*