Səudiyyə kralının şəxsi cangüdəni dostunun evində güllələndi
KONKRET.AZ xəbər verir ki, Səudiyyə Ərəbistanında kral Salman bin Əbdüləziz Əl Səudun şəxsi cangüdəni olan briqada generalı Abdel Aziz al-Fahm öldürülüb. Bu barədə “Al Arabiya” Məkkə polisinə istinadən məlumat yayıb. Məlumata görə, Əl-Fahm sentyabrın 28-də axşam Ciddədə dostunu ziyarətə gedib. Dostunun evində general Mamduh bin Meshaal Al Ali adlı başqa bir qonaqla döyüşüb. Bir mübahisədən sonra Mamduh evdən çıxıb, lakin tezliklə silahla geri dönüb və bütün qonaqlara atəş açıb.
Əl-Fəhm ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Həkimlər onu xilas edə bilməyiblər. Atışma nəticəsində ev sahibi də daxil olmaqla daha iki nəfər yaralanıb. Mamduh hadisə yerinə gələn polisə təslim olmaqdan imtina edib və nəticədə güllələnib. Beş asayiş keşikçisi yaralanıb.
General Əl-Fahm dünyanın ən yaxşı cangüdənlərindən biri hesab olunurdu. Mərhum Kral Abdullahla birlikdə çalışıb və sonra qardaşı Salmanı qorumağa başlayıb.
KONKRET.AZ
