Noyabrın 5-i saat 14:40-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonu ərazisini artilleriya atəşinə tutmaqda davam edir.
KONKRET.az report-a istinadən xəbər verir ki, düşmən tərəfindən rayonun Hacıturallı və Əfətli kəndləri ərazisinə ümumilikdə 10-a yaxın top mərmisi düşüb.
Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
Azərbaycan ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülür.
