Düşmənin Gəncəyə atdığı raketlərdən biri mülki əhalinin yaşadığı binaların üzərinə düşüb.
KONKRET.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində dağıntılar meydana gəlib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, təcili tibbi yardım xidmətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Ölənlərin, xəsarət alanların və dağıntılar altında qalanların olduğu bildirilir. Axtarış-xilasetmə işləri davam etdirilir.
***
Ermənistanın silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə atəşə tutur.
KONKRET.az xəbər verir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.





