Kəlbəcəri tərk edən erməni hərbçilər hərbi hissələrini dağıdıblar.
KONKRET.az xəbər verir ki, bu barədə “Tert.am”ın reporajında deyilir. “İnsanlar öz əşyalarını toplayır, mal-qaranı daşıyır, kəndlərini tərk edirlər”, – nəşr yazır.
Xatırladırıq ki, əldə olunmuş razılaşmalara görə Ermənistan noyabrın 15-də Kəlbəcər bölgəsini Azərbaycana təhvil verməlidir.
