Düşmən Tərtəri minaatanlardan atəşə tutub?  – NAZİRLİKDƏN AÇIQLAMAbackend

Düşmən Tərtəri minaatanlardan atəşə tutub? - NAZİRLİKDƏN AÇIQLAMA

Sosial şəbəkələrdə və bəzi saytlarda guya ön xətt yaxınlığında Tərtər rayonu ərazisində torpaq yolun düşmən tərəfindən minaatanlardan atəşə məruz qalması barədə məlumat yayılıb.

KONKRET.az-ın məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, yayılan bu məlumat həqiqəti əks etdirmir. Belə ki, müəyyən olunub ki, həmin ərazidə partlayış baş verib. Buna səbəb isə birinci Qarabağ müharibəsi zamanı bir metrdən artıq dərinlikdə basdırılmış tank əleyhinə mina olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*