NATO XİN başçıları Brüsseldə toplanacaqbackend

NATO XİN başçıları Brüsseldə toplanacaq

NATO ölkələri XİN başçılarının görüşü dekabrın 2-də alyansın Brüsseldəki (Belçika) mənzil-qərargahında keçiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətinin məlumatında bildirilib.

“Müttəfiq ölkələrin xarici işlər nazirləri 2 dekabr 2026-cı ildə NATO-nun Brüsseldəki mənzil-qərargahında görüşəcəklər”, – məlumatda qeyd olunub.

İclas baş katib Mark Rüttenin sədrliyi ilə keçiriləcək. Rütte həmçinin NATO ölkələrinin xarici işlər nazirlərinin görüşü ərəfəsində mətbuat üçün brifinq keçirəcək.

XİN başçılarının görüşündəki müzakirə mövzuları rəsmi olaraq açıqlanmır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*