Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev İtaliyanın Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair təklif etdiyi planı yüksək qiymətləndirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu planda Ukraynanın tərkibində Donbasa muxtariyyət verilməsi təklif olunur.
“Açıq cəfəngiyat və ucuz layihədir. Donbasın taleyi ilə bağlı qərar artıq verilib və bu ərazilər geri qaytarılmayacaq” – Medvedyev vurğulayıb.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin də çıxışı zamanı Donetsk və Luqanskın (DXR və LXR) müstəqilliyinin tanındığını elan edib. Putin DXR və LXR-nin tanınması haqqında fərmanlar, habelə respublikalarla qarşılıqlı yardım haqqında müqavilələr imzalayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
