Eçmiədzində erməni əsilli iki Rusiya vətəndaşı öldürüldü – VİDEObackend

Eçmiədzində erməni əsilli iki Rusiya vətəndaşı öldürüldü - VİDEO

KONKRET.az xəbər verir ki, hakimiyyət dəyişikliyindən sonra Ermənistanda polis qəddarlığının səviyyəsi artıb.

Jurnalist Armenuhi Hovsepyan özünün facebook səhifəsində bununla bağlı paylaşım edib. Onun sözlərinə görə, bu yaxınlarda Eçmiədzində polis tərəfindən iki erməni əsilli Rusiya vətəndaşı öldürülüb. Jurnalist bildirib ki, öldürülənlər onun tanışlarıdır və cinayətin tam təfərrüatlarıdan xəbərdardır. O, üstəlik polis işçilərinin gəncləri işçəncə ilə öldürdüklərini öyrənmək üçün Armavir polis bölməsinə baş çəkmək istəyib. Lakin ciddi təzyqlərlə üzləşib.

Կարևոր լայվ, մարդ ծեծող մենթերի մասին

Gepostet von Armenuhi Hovsepyan am Donnerstag, 3. Oktober 2019

Qeyd edək ki, Rusiyada yaşayan, erməni dilini zəif bilən iki gənc oğurluqda şübhəli bilinərək Polis İdarəsinə gətirilib. Burada onları işçəncə otaqlarında möhkəm döyüblər. Nəticədə hər iki gənc işgəncə nəticəsində dünyalarını dəyişib.

Hazırladı: Fadil PAŞAYEV

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*