
“Taliban Əfqanıstan ərazisinin 80% -nin ələ keçirildiyini elan etdi”.
KONKRET.az-ın Mərkəzi Asisya ölkələri üzrə bürosu xəər verir ki, silahlı qruplaşmaların uğurlarını açıq şəkildə şişirtməsinə baxmayaraq, ölkədə vəziyyət həqiqətən mürəkkəbdir. Şimalda demək olar ki, hər vilayətdə şiddətli döyüşlər gedir.
22 iyun tarixində Taliban Kunduzdakı Şirxan Bəndər sərhəd zastavasını ələ keçirib və beş gün sonra terrorçular Bəlxdəki Şəhritus-1 zastavasına hücum edərək 17 döyüşçünü Tacikistanla sərhədi keçməyə məcbur ediblər.
Özbəkistan-Əfqanıstan sərhədində də ekstremistlərin regional ticarəti iflic etmək təhdidi ilə iki ölkə arasındakı əsas və yeganə nəqliyyat və logistika yolu olan Hayratonu ələ keçirə biləcəyi narahatlığı var.
