Əfqanıstan və Tacikistan sərhədçiləri arasında silahlı toqquşma olubbackend

Əfqanıstan və Tacikistan sərhədçiləri arasında silahlı toqquşma olub

Əfqanıstan-Tacikistan sərhədində silahlı toqquşmalar olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Afghanistan International” məlumat yayıb.

“Əfqanıstanın şimalındakı yerli mənbələr Şerxan-Bəndər ərazisində, sərhəddə Tacikistan sərhədçiləri ilə “Taliban” qüvvələrinin dörd saat ərzində bir-birinə atəş açdığını bildirir”, – xəbərdə vurğulanır.

“Mənbələrin məlumatına görə, silahlı toqquşma “Taliban” qüvvələri ilə Tacikistan sərhədçiləri arasında şifahi gərginlikdən sonra baş verib və ilk olaraq “taliblər” atəş açıb”, – məlumatda qeyd edilir.

Hələlik Tacikistanın hökumət strukturları və Əfqanıstanda nəzarəti əlinə almış “Taliban” nümayəndələri xəbəri şərh etməyiblər.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*