“Əfqanıstandan olan əmək miqrantları Rusiyada iş tapa bilər” – Talibanbackend

"Əfqanıstandan olan əmək miqrantları Rusiyada iş tapa bilər" - Taliban

“Rusiyanın bir sıra regionları, xüsusən Tatarıstan və Çeçenistan Əfqanıstandan gələn əmək miqrantlarına iş təklif edib”.

KONKRET.az xəbər verir ki, Əfqanıstanın müvəqqəti hökumətinin əmək və sosial əlaqələr naziri vəzifəsini icra edən Əbdül Umari belə deyib.

“Çeçenistan və Tatarıstan, eləcə də [Rusiya Federasiyasının] digər respublikaları bizə xüsusən kənd təsərrüfatı sektorunda məşğulluq imkanlarını reallaşdırmağı təklif edir”, – deyə nazir əlavə edib.

Umari bildirib ki, bu məsələ Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) zamanı Rusiyanın əmək naziri Anton Kotyakovla görüşdə, eləcə də Dağıstan nümayəndələri ilə danışıqlar zamanı qaldırılıb.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*