Əfsanəvi “ABBA” qrupunun üzvləri illər sonra bir araya gəliblər.
KONKRET.az Spletnik.ru-ya istinadən xəbər verir ki, bu, qrupun virtual konsertlərinin premyerasında baş verib.
Həmçinin qrupun 40 ildən sonra “Voyage” albomu işıq üzü görüb.
Bu gün qrup üzvlərinin hər birinin yaşı 70-dən çoxdur. Byorn Ulveusun 77, Anni-Frid Linqstadın 76, Benni Anderssonun 75, Aqnet Feltskoqun isə 72 yaşı var.



