backend

Əfv sərəncamı neçə nəfərə şamil olunacaq? - Komissiya üzvündən AÇIQLAMA

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib. Bununla da Komissiyanın iclasları başa çatıb.

Sözügedən iclasda 100-dən çox müraciətə baxılıb. Bununla da ümumilikdə iclaslarda 600-dən çox müraciətə baxılıb.

Mövzu ilə bağlı KONKRET.az-a danışan Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid bildirib ki, 28 May – Müstəqillik Günü bayram ərəfəsində dövlət başçısı əfv sərəncamı imzalayacaq:

“Əfv Komissiyasının bu gün iclası oldu. Bu iclasdan sonra Prezident İlham Əliyevə sənədlər təqdim ediləcək. Yəqin ki, 28 May – Müstəqillik Günü bayram ərəfəsində dövlət başçısı əfv sərəncamı imzalayacaq. Lakin sərəncamın nə qədər insanı əhatə edəcəyi hələlik bəlli deyil”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*