“Əhsən, kommunistlər! Ukraynanı müharibəyə cəlb etməyin yolunu tapdılar”.
KONKRET.az xəbər verir ki, bunu rusiyalı politoloq, aparıcı Maksim Şevçenko öz Teleqram kanalında yazıb. Onun fikrincə, burada sadəcə “DXR” və “LXR”-in tanınması ürkək və tərəddüdlü Ukraynanı o qədər də istəmədiyi müharibəyə sövq edə bilər.
“Əhsən, kommunistlər!
İmperialist müharibəsini vətəndaş müharibəsinə çevirmək üçün (klassiklərin və təcrübəçilərin göstərişlərinə əsasən) ilk növbədə imperialist müharibəni alovlandırmaq lazımdır. Və sonra tüstülənir, tüstülənir və alovlanır – alovlanmır.
Əks halda dünya inqilabı olmayacaq”, – Şevçenko yazıb.
Xatılrladaq ki, dünən Gennadi Züqanovun başçılıq etdiyi “Kommunistlər” partiyası Dövlət Dumasına qondarma “LXR” (Luqansk) və “DXR”in (Donetsk) tanınması haqqında qətnamə layihəsi təqdim ediblər.
Xuraman Etibarlı,
KONKRET.az
