Ehud Olmert: “ABŞ-ın Çindən bu qədər qorxacağını heç ağlıma belə gətirməzdim”backend

Ehud Olmert: "ABŞ-ın Çindən bu qədər qorxacağını heç ağlıma belə gətirməzdim"

“Ronald Reyqandan başlayaraq Corc Buşa qədər davam edən bir sıra Amerika prezidentlərinin dövründə İsrail hökumətində müxtəlif vəzifələrdə işləmişəm. Həmin dövrlər dünya güclərinin uzlaşması baxımından mühüm illər idi. ABŞ-ın Çindən bu qədər qorxacağını heç ağlıma belə gətirməzdim”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri İsrailin keçmiş baş naziri Ehud Olmert bildirib.

O, daha sonra deyib: “Amerikalıların Çin qorxusundan bəhs etdiyini eşidəndə, ABŞ-ın gücünün əslində düşündüyümüzdən çox zəif olduğuna görə narahat olmağa başlayıram.

İsrailin Çinlə əlaqələrini məhdudlaşdırması, Çin şirkətləri ilə başladığı iqtisadi əməkdaşlığı və strateji layihələri dayandırması tələbinin həddindən artıq əsassız olduğuna inanıram. Çinlilər Hayfada yeni bir liman tikirlər. Çinin Hayfada olmasının İsrail üçün strateji təhlükə yarada biləcəyi ilə bağlı bəzilərinin ifadə etdiyi qorxular əsassızdır.

Çinin İsrail iqtisadiyyatında qazanclı iştirakdan kənarlaşdırılması tələbinə qoşulsaq, Çinin bizə hansı cəza verəcəyini təsəvvürünüzə gətirin.

ABŞ bizim müttəfiqimizdir. Ancaq Çin bizim düşmənimiz deyil və bizə fayda verən və başqalarına zərər verməyən işlərdə ortağımız ola bilər”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*