Əkrəm İmamoğlu CHP-dən istefa verdibackend

Əkrəm İmamoğlu CHP-dən istefa verdi

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu 17 illik üzvü olduğu Cümhuriyyət Xalq Partiyasından (CHP) istifadə etdiyini bəyan edib.

KONKRET.az xəbər verir ki, o, bu barədə açıqlamasında qeyd edib.

Həbsdə olan bələdiyyə sədri qərarının Türkiyənin gələcəyinə inandığı dəyərlər və millət qarşısında daşıdığı məsuliyyətdən irəli gəldiyini bildirib:

“Əziz həmvətənlərim, dəyərli yol yoldaşlarım! 17 illik Cümhuriyyət Xalq Partiyası üzvlüyümdən istefa verirəm. Bu qərar ölkəmizin gələcəyinə dair inandığım dəyərlərin və millətimizə qarşı daşıdığım məsuliyyətin nəticəsidir. Bu günə qədər birgə əmək verdiyimiz, çiyin-çiyinə addımladığımız bütün yol yoldaşlarıma təşəkkür edirəm. Bu gün Türkiyənin daha güclü, daha demokratik və daha ümid dolu sabahlarını birlikdə inşa etmək üçün YENİ bir yol açırıq. Sizi bu yürüşün bir parçası olmağa, ümidi birlikdə böyütməyə və gələcəyi birlikdə qurmağa dəvət edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*