ABŞ hökuməti axır ki, İsrail-Fələstin qarşıdurmasına reaksiya verdi.
KONKRET.az Teleqram kanallarına istinad edərək xəbər verir ki, bu dəqiqələrdə Amerika prezidenti Ço Bayden Mətbuat Konfransında jurnalistlərin İsrail-Fələstin münaqişəsi barədə suallarını cavablandırıb.
ABŞ prezidenti yəhudi hökümətinə haqq qazandıraraq deyib ki, İsrailin özünü müdafiə etmək hüququ var.
“Sizin ölkənizə minlərlə raket atsalar, siz özünüzü müdafiə etməzsiniz?” deyə Bayden vurğulayıb.
Jurnalistlərin “bəs Fələstinin də özünü müdafiə hüququ varmı?” sualına prezident dəqiq cavab verməyib.
Xuraman Etibarlı
KONKRET.az