Ekspert: “Əlillik müavinəti yaşayış minimumunu təmin etmir”backend

Ekspert: “Əlillik müavinəti yaşayış minimumunu təmin etmir”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli son aylar ölkə üzrə bütün işə götürənlərin montorinqinin keçirildiyini söyləyib. Onun sözlərinə görə, proses zamanı müəyyən olunub ki, 6 minə yaxın kvota üzrə iş yerlərinin yaradılması imkanı var:

“Bu o deməkdir ki, biz əlillərin və digər həssas kateqoriyadan olan şəxslərimizin işlə təmin edilməsi imkanlarını iki dəfə artıra bilirik. Bu kifayət qədər yaxşı haldır və yaxın müddətdə prosesə başlayacağıq”.

KONKRET.az xəbər verir ki, iqtisadçı-ekspert Nazim Bəydəmirli “Sherg.az”la həmsöhbət olarkən əlil vətəndaşların işlə təmin olunmasını müsbət hadisə kimi dəyərləndirib:

“Onların cəmiyyətə inteqrasiyası üçün gözəl təşəbbüsdür. Hörmətli Məşğulluq Agentliyinin nümayəndələri açıqlasınlar ki, hansı sektorlarda işlə təmin edəcəklər. Təbii ki, dövlət çalışanların bir hissəsini belə vətandaşlardan götürsə, yaxşı olar. Əlil vətəndaşlara verilən müavinətlər onların yaşayış minimumunu təmin etmir. Əslində əlil şəxslərin işləməyə məcbur olmaları utandırıcı haldır. Amma bu təşəbbüsləri alqışlayıram. Əlil insanlar özlərini pis, yarımçıq hiss etməməlidirlər. Evdə işsiz qalmaq, bəzən onlarda depressiyaya yol aça bilir. Bir də ölkə iqtisadiyyatına da baxılmalıdır, məmur sahibkarlığı aradan qaldırılmalıdır. Hüquq və vəzifə bərabərliyi bütün sahibkarlıq üçün eyni olduqda bu hallar öz-özünə həllini tapır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*