Elan edildi, Avropa ölkəsində İslam dövləti qurulur: Prezidenti bu şəxs olacaqbackend

Elan edildi, Avropa ölkəsində İslam dövləti qurulur: Prezidenti bu şəxs olacaq

Albaniyanın baş naziri Edi Rama paytaxt Tiranada bəktaşilər üçün suveren İslam mikrodövləti qurmağı planlaşdırır. Hər şey planlaşdırıldığı kimi getsə, Vatikana bənzər Bəktaşi dövləti dünyanın ən kiçik dövləti olacaq.

KONKRET.az xəbər verir ki, bununla bağlı ölkənin baş naziri Edi Rama Amerikanın “New York Times” qəzetinə danışıb.

O gələn il quruluş planlarını açıqlayacağını bildirib:

“Paytaxt Tiranada 109 hektar ərazidə qurulması planlaşdırılan dövlətin də Vatikan kimi öz idarəsi və sənədi olacaq. Beynəlxalq hüquqşünasların da daxil olduğu hüquq ekspertlərindən ibarət qrup yeni dövlətin suveren statusunu müəyyən edən qanun layihəsi hazırlayır. Qanun layihəsi Sosialist Partiyasının nəzarətində olan parlament tərəfindən təsdiqlənməlidir.

Bektaşi dövlətinin suverenliyinin həyata keçiriləcəyi təqdirdə hansı ölkələrin tanıyacağı hələ də bəlli deyil. İrandan gələ biləcək reaksiya ilə maraqlanmırıq. Albaniya 2022-ci ildə dövlət qurumlarına edilən kiberhücumların arxasında duran İranla diplomatik əlaqələri kəsib. “Baba Mondi” ləqəbi ilə tanınan bektaşi dərviş Edmond Brahimaj yeni dövlətin prezidentliyini icra edəcək”.

“Baba Mondi” kimi tanınan bəktaşi dərviş Edmond Brahimaj

Tarixçi İlber Ortaylı hadisəni belə dəyərləndirib:

“Maraqlı model olsa da, işə yarayacaqmı, bilmirəm. Albaniyada Bektaşilik çox üstünlük təşkil edir. Bu təriqətin Balkanlarda da uzantıları var. Avropada, Almaniyada və hətta ABŞ-da da icma qrupları var.

Düşünürəm ki, onların daxili siyasi məqsədi var. Bu, sağa-sola səpələnmiş Albaniya xalqı üçün yeni bir cazibə sahəsi kimidir. Təbii ki, Vatikan qədər güclü və avtoritar olmayacaq. Onun diplomatik mövqeyinin necə olacağını zamanla görəcəyik”./Publika.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*