Amerikalı hərbçilərin ölümündən sonra Trampın İLK ƏMRİ açıqlandıbackend

Amerikalı hərbçilərin ölümündən sonra Trampın İLK ƏMRİ açıqlandı

ABŞ Prezidenti Donald Tramp amerikalı hərbçilərin həlak olması fonunda İranla bağlı sərt göstəriş verdiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, ABŞ lideri bununla bağlı “Truth Social” platformasında paylaşım edib.

Tramp bildirib ki, müdafiə naziri Pit Heqsetə, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynə və ABŞ Silahlı Qüvvələrinin digər rəhbərlərinə amerikalı hərbçilərin ölümü ilə bağlı İran qüvvələrinə qarşı daha sərt cavab tədbirlərinin görülməsi barədə göstəriş verib.

“İran hər dəfə bir amerikalı əsgəri öldürəndə bunun əvəzini qat-qat ağır şəkildə ödəyəcək”, – deyə Tramp paylaşımında vurğulayıb.

Xatırladaq ki, iyulun 17-də İordaniyada İranın endirdiyi zərbə nəticəsində iki amerikalı hərbçi həlak olub. Daha bir hərbçi itkin düşüb, dörd nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*