DÇ-2026-nın finalı: Hikmət Hacıyevin şifrəli mesajı? – Videobackend

DÇ-2026-nın finalı: Hikmət Hacıyevin şifrəli mesajı? - Video

Futbol üzrə Dünya Çempionatının 19 iyulda baş tutan final qarşılaşması öncəsi Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin paylaşımı diqqət çəkib.

KONKRET.az bakupost.az-a istinadla xəbər verir ki, ötən gün finalın başlamasına 1 saat qalmış Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə təlim keçmiş ispan pilotların tarixindən bəhs edən sənədli filmi paylaşıb.

O qeyd edib ki, Gəncə uzun illər onun üçün gizli bir sirr olaraq qalıb: bəzi yaşlı sakinlərin şəhərdəki məktəblərdən birini niyə “İspan məktəbi” adlandırması və Gəncədə ispan pilotların məzarlarının olması sual doğurub.

H.Hacıyev bildirib ki, “AnewZ” tərəfindən hazırlanmış “The aviators of Ganja | AnewZ investigative documentary” (“Gəncənin aviatorları | AnewZ araşdırma sənədli filmi) adlı araşdırma filmi bu unudulmuş tarixin bir hissəsinə işıq salır.

H.Hacıyevin ispan pilotlarla bağlı bu paylaşımı İspaniyaya azarkeşlik etməsinin mesajı ola bilərmi?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*