Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilərbackend

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi son günlər keçirilən tədbirlər çərçivəsində 102 xarici vətəndaşı ölkədən deportasiya edib.

KONKRET.az xəbər verir ki, Nazirliyin yaydığı məlumata görə, deportasiya edilənlər arasında Azərbaycan, Türkiyə, Rusiya, Pakistan, Hindistan, Türkmənistan, Özbəkistan, Çin, Qazaxıstan və digər ölkələrin vətəndaşları da yer alır.

Qanunvericiliyə əsasən, ölkədən çıxarılan şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.

Qeyd edək ki, Gürcüstanda son aylarda qanunsuz miqrasiyaya qarşı nəzarət gücləndirilib. Miqrasiya qanunvericiliyində edilən dəyişikliklərdən sonra deportasiya prosedurları sadələşdirilib və ilin əvvəlindən bu günədək 2300-dən çox əcnəbi ölkədən çıxarılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*