Xatirə İslam və həyat yoldaşı cərimələndi – VİDEObackend

Xatirə İslam və həyat yoldaşı cərimələndi – VİDEO

Sosial şəbəkədə yayılan görüntü araşdırılıb, qayda pozuntusuna hüquqi qiymət verilib.

KONKRET.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, sosial şəbəkələrdə müğənni Xatirə İslam və həyat yoldaşı Fəxrəddin Musazadənin skuteri təhlükəli şəkildə idarə etməsini əks etdirən görüntülər araşdırılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, F.Musazadə polis orqanına dəvət olunmaqla barəsində İnzibati Xətalar Məcəlləsinin 338.4-1.8-ci (kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən sərnişin daşınması) maddəsinə uyğun cərimə tətbiq edilməklə profilaktiki söhbətlər aparılıb, yol hərəkəti qaydalarına ciddi əməl edilməsinin vacibliyi diqqətinə çatdırılıb:

“Bir daha kiçik elektrikli nəqliyyat vasitələrindən istifadə edən şəxsləri özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına qoyan hərəkətlərdən çəkinməyə, qanunvericiliyin tələblərinə ciddi riayət etməyə çağırırıq”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*