Sentyabrın 7-də Əlcəzairdə prezident seçkiləri keçiriləcək.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, seçkidə Prezident Abdülmecid Tebbun, Sosialist Qüvvələr Hərəkatından (FFS) Yusuf Uşiş və Sülh Cəmiyyəti Hərəkatından (MSP) Abdulaali Hassani Şerif prezident olmaq uğrunda mübarizə aparacaq.
Seçkilərdə 24 milyon insanın iştirakı gözlənilir.
Ölkə xaricində olan əlcəzairlilər sentyabrın 2-dən etibarən olduqları ölkələrin diplomatik nümayəndəliklərinə yaxınlaşaraq səs vermə prosesində iştirak edirlər, hazırda isə proses davam edir.
Aygün,
KONKRET.az