Kadırovdan SENSASİYA: Bu ölkələrə qarşı müharibə başlayacaqbackend

Kadırovdan SENSASİYA: Bu ölkələrə qarşı müharibə başlayacaq  

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynaya silah və kəşfiyyat məlumatları ilə dəstək göstərən NATO ölkələrinə qarşı hərbi əməliyyatlara başlanılmasına çağırıb.

KONKRET.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında paylaşım edib.

Kadırov bildirib ki, NATO adı altında Ukraynaya açıq şəkildə silah, kəşfiyyat məlumatları və digər dəstək verən ölkələr də hədəfə alınmalıdır.

“Artıq atəş açmağın vaxtıdır. Onlar partlayışların səsini, avtomatların gurultusunu və T-90 tanklarının irəlilədiyini görəndən sonra hər şeyi anlayacaqlar”, – deyə Kadırov yazıb.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*