İranın ali dini lideri Müctəba Xamenei təhlükəsizlik səbəbindən ABŞ və İsraillə davam edən müharibə başa çatanadək ictimaiyyət qarşısına çıxmayacaq.
KONKRET.az xəbər verir ki, bu barədə TASS agentliyi İrandakı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, bu qərar davam edən hərbi qarşıdurma və təhlükəsizlik riskləri ilə əlaqədar qəbul edilib.
Bildirilib ki, ölkədə vəziyyət sabitləşdikdən sonra Xamenei yenidən fəaliyyətinə başlayacaq və ictimaiyyət qarşısına çıxacaq.
Günay Əli
KONKRET.az
